22 oktyabr 2024. Çərşənbə axşamı

Komandalarımızın yeni potensial rəqibləri


Komandalarımızın yeni potensial rəqibləri
2023/2024 mövsümündə Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Neftçi”, “Sabah” və “Qəbələ”nin növbəti potensial rəqibləri bilinib.

Corner.az xəbər verir ki, “ağ-qaralar”a 3, digərlərinə isə 1 mümkün rəqib əlavə edilib.
 
Püşkatma zamanı səpələnmişlərdə yer alacaq “Neftçi” II təsnifat mərhələsində Moldova “Petrokub”u, Ukrayna “Vorskla”sı və Danimarka “Orxus”una rəqib ola bilər. “Sabah” və “Qəbələ”nin potensial rəqibləri arasına isə Şotlandiya klubu “Hibernian” qoşulub.
Bununla “Sabah” və “Qəbələ”nin ümumilikdə 26, “Neftçi”nin isə 22 mümkün rəqibi məlumdu.
 
Qeyd edək ki, iyunun 21-də II təsnifat mərhələsinin püşkü atılacaq. Komandalarımız oyunlarını iyulun 27-də və avqustun 3-də keçirəcəklər.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi
 
Səpələnmişlər: “Brügge” (Belçika), “Bazel” (İsveçrə), “Gent” (Belçika), “Fənərbağça” (Türkiyə), ÇFR (Rumıniya), PAOK (Yunanıstan), “Makkabi (Təl-Əviv, İsrail), “Viktoriya” (Çexiya), “Budo-Qlimt” (Norveç), “Lex” (Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqarden” (İsveç), APOEL (Nikosiya, Kipr), “Beşiktaş” (Türkiyə), “Riyeka” (Xorvatiya), “Gimaraeş” (Portuqaliya), “Styaua” (Rumıniya), “Legiya” (Polşa), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), AEK (Larnaka, Kipr), “Omoniya” (Kipr), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan), “Osiyek” (Xorvatiya), “Hibernian” (Şotlandiya), “Aris” (Saloniki, Yunanıstan)
 
Səpələnməmişlər: “Petrokub” (Moldova), “Voyvodina” (Serbiya), “Lütsern” (İsveçrə), “Vorskla” (Ukrayna), “Bohemians” (Çexiya), “Orxus” (Danimarka), “Beytar” (İsrail), “Hammarbü” (İsveç), “Kalmar” (İsveç), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq” (Macarıstan), “Keçkemet” (Macarıstan), “Debretsen” (Macarıstan), “Sepsi” (Rumıniya), “Qəbələ” (Azərbaycan), “Boraç” (Bosniya və Herseqovina), “Sabah” (Azərbaycan), “Ordabasi” (Qazaxıstan), “Aktobe” (Qazaxıstan), “Çelye” (Sloveniya), “Auda” (Latviya), “Differdanj” (Lüksemburq), “Torpedo BelAZ” (Belarus).






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda