5 dekabr 2025. Cümə

Mövsümün ən yaxşısı kim seçildi?


Mövsümün ən yaxşısı kim seçildi?

UEFA Konfrans Liqasında 2022-2023 mövsümünün ən yaxşı oyunçusu açıqlanıb.

Corner.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ada "Vest Hem"in kapitanı Deklan Rays layiq görülüb.

Xatırladaq ki, "Vest Hem" ötən gecə turnirin finalında "Fiorentina"ya qalib gələrək (2:1) kuboka sahib olub.

Deklan Rays bu mövsüm Konfrans Liqasında 1 qol vurub (1/4 finalda "Gent"lə oyunda) və bir məhsuldar ötürməsi (1/4 finalda AEK-lə oyunda) edib. 24 yaşlı ingiltərəli yarımmüdafiəçi 2017-ci ildən "Vest Hem"də çıxış edir. Bu müddət ərzində o, 245 oyun keçirib və 15 qol vurub.







Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü