7 noyabr 2026. Şənbə

Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri bilindi


Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri bilindi

Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

90deqiqe.az-ın məlumatına görə, "Sabah" II raundda Latviyanın RFŞ komandasını keçsə, Serbiya "Partizan"ı ilə qarşılaşacaq.

"Neftçi" II təsnifat mərhələsində Bosniya və Herseqovina "Jelezniçar"ını mübarizədən kənarlaşdırsa, “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək.

Nəhayət, "Qəbələ" Kipr "Omoniya"sını məğlub etsə, III raundda "Midtullan" (Danimarka) – “Proqres” (Lüksemburq) cütünün qalibinə rəqib olacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq. "Sabah" və "Qəbələ" ilk matçlarını evdə, "Neftçi" isə səfərdə keçirəcək.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi