19 iyul 2026. Bazar günü

Qapıdan zərbə yerinə yetirərkən ayağını sındırdı

“Gent”in qapıçısı Pol Nardi qapıdan zərbə yerinə yetirərkən ayağında mürəkkəb sınıq yaranıb.


Qapıdan zərbə yerinə yetirərkən ayağını sındırdı

“Gent”in qapıçısı Pol Nardi Konfrans Liqasının “Zorya” ilə oyununda xoşagəlməz hadisə ilə qarşılaşıb.

90deqiqe.az xəbər verir ki, fransalı qolkiperin qapıdan zərbə yerinə yetirərkən topuq nahiyəsi sınıb. 29 yaşlı qolkiper xərəkdə meydançanı tərk edib.

“Biz Paula tezliklə sağalmağı arzu edirik. Diaqnoz ciddidir, o, açıq sınıq alıb”, – deyə “Gent” sosial şəbəkə hesablarında qeyd edi.

Baş məşqçi Heyn Vanhaesebruk da bədbəxtliyin ondan əl çəkmədiyini bildirib: “Bu, əlbəttə ki, şok idi. O, kəllə-beyin travmasından təzəcə qayıdıb. İndi də bu”.

Nardinin Belçika klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. O, bu mövsüm “Gent” formasıyla 13 matçda forma geyinib.







Konfrans liqası

Asim Xudiyevə UEFA-dan növbəti təyinat
  • Konfrans liqası
  • 11:30 18.07.2026
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
"Zirə" "Torpedo" səddini inamla keçdi
  • Konfrans liqası
  • 22:06 16.07.2026
"Zirə" "Torpedo" səddini inamla keçdi