27 iyul 2024. Şənbə

"Ayntraxt" KL-da ondan yararlana bilməyəcək

Frankfurt "Ayntraxt"ında icarə əsasında çıxış edən yarımmüdafiəçi Donni van de Beek hazırkı Konfrans Liqasında iştirak etməyəcək.


"Ayntraxt" KL-da ondan yararlana bilməyəcək

Frankfurt "Ayntraxt"ında icarə əsasında çıxış edən yarımmüdafiəçi Donni van de Beek hazırkı Konfrans Liqasında iştirak etməyəcək.

90deqiqe.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq  "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, Frankfurtun 26 yaşlı yarımmüdafiəçini üçüncü ən vacib avrokubok matçlarına qeydiyyatdan keçirməyəcəyini qeyd edib. Alman klubunun rəhbərləri hesab edirlər ki, hollandiyalı "oyununu tapmaq üzərində" çalışmalıdır. Eyni zamanda, "Ayntraxt" Konfrans Liqası ərizəsinə iki yeni oyunçu əlavə edəcək - hücumçular Saşa Kalajdziç və Huqo Ekitikeni.

Xatırladaq ki, Bundesliqa təmsilçisi Konfrans Liqasında fevralın 15-i səfərdə Belçika "Union"u ilə qarşılaşacaq. Cavab qarşılaşması isə fevralın 22-də Almaniyada baş tutacaq.

Van de Beek "Ayntraxt Frankfurt"a keçdikdən sonra Bundesliqada 3 oyunda iştirak edib və bu matçlarda təsirli olmadı. Futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 9 milyon avrodur.







Konfrans liqası

Konfrans Liqası: “Zirə”dən darmadağın
  • Konfrans liqası
  • 22:22 25.07.2024
Konfrans Liqası: “Zirə”dən darmadağın
Asim Xudiyev UEFA-dan yeni təyinat alıb
  • Konfrans liqası
  • 13:29 20.07.2024
Asim Xudiyev UEFA-dan yeni təyinat alıb
"Zirə"nin KL-dakı rəqibi bəlli oldu
  • Konfrans liqası
  • 23:32 18.07.2024
"Zirə"nin KL-dakı rəqibi bəlli oldu