8 sentyabr 2024. Bazar günü

Emreli KL-ın oyunları üçün sifariş ərizəsində


Emreli KL-ın oyunları üçün sifariş ərizəsində

Xorvatiyanın "Dinamo" klubu Konfrans Liqasının pley-off mərhələsində “Betis”ə qarşı keçiriləcək oyunlar üçün sifariş ərizəsini açıqlayıb.

90deqiqe.az xəbər verir ki, Zaqreb klubu Sloveniya “Roqaşka”sı ilə yoxlama görüşündə zədələnən Mahir Emrelini də siyahıya daxil edib.

Lakin 26 yaşlı forvardın zədə səbəbinə görə fevralın 15-i və 22-də baş tutacaq həmin görüşləri buraxacağı gözlənilir.

2021-ci ildə Azərbaycan millisinin forvardı Polşa "Legiya"sından "Dinamo Zaqreb"ə keçib.O, ötən mövsüm Türkiyə "Konyaspor"una icarəyə verilib. Emrelinin Xorvatiya klubu hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.Forvard bu Zaqreb təmsilçisinin heyətində 22 matçda iştirak edib, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda