22 oktyabr 2024. Çərşənbə axşamı

Konfrans liqası : “AYAKS” VƏ “DİNAMO ZAQREB” 1/8 FİNALDA


Konfrans liqası : “AYAKS” VƏ “DİNAMO ZAQREB” 1/8 FİNALDA

Maksimir stadionunda “Dinamo Zaqreb” “Betis”lə üz-üzə gəlib. 38-ci dəqiqədə hesab açılıb. Sedrik Bakambu gözəl zərbə ilə yerli azarkeşləri məyus edib. İlk hissə qonaqların minimalhesablı üstünlüyü ilə yekunlaşıb. 59-cu dəqiqədə tablodakı rəqəmlər bərabərləşib. Tarazlığı bərpa edən Takuro Kaneko görüşün yekun nəticəsini müəyyənləşdirib. “DİNAMO ZAQREB” 1 “BETİS” 1. İlk oyunda 1-0 qələbə qazanan Xorvatiya təmsilçisi iki oyunun nəticəsinə əsasən 1/8 final mərhələsinə vəsiqə qazanıb. Mahir Emreli zədəli olduğundan bu matçda da iştirak etməyib.

İlk matçda 2:2-lik heç-heçə edən “Büdyo Qlimt” doğma meydanda “Ayaks”la münasibətlərinə aydınlıq gətirib. 34-cü dəqiqədə qonaqlar hesabda önə keçiblər. Steven Berqveys adını tabloya yazdırıb. İlk hissədə başqa yaddaqalan hadisə olmayıb. 48-ci dəqiqədə “Ayaks”ın heyətində Yosip Sutalo kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırılıb. 66-ci dəqiqədə ev sahibləri eyni cəzaya məruz qalıblar. Albert Grönberk ikinci sarı vərəqənin ardından qırmızı vərəqə alaraq meydandan qovulub. 83-cü dəqiqədə hesab bərabərləşib. Patrik Berq status-kvonu bərpa edib. Qarşılaşmanın əsas vaxtı bərabərliklə yekunlaşdığından. əlavə vaxt oynanılıb. 114-cü dəqiqədə fərqlənən Teylor Kennet “Ayaks”a 2:1 hesablı qələbə və 1/8 finala vəsiqəni qazandırıb.

Gecənin digər görüşündə “Ayntraxt Frankfurt” “Yunion Sent-Jilluas”la qarşılaşıb. İlk hissədə tərəflərin cəhdlərinə baxmayaraq, qapılara qol vurulmayıb. İkinci hissəyə daha fəal başlayan qonaqlar 47-ci dəqiqədə hesabı açıblar. Kameron Puertas qapını dəqiq nişan alıb. 80-ci dəqiqədə Dennis Eskert meydan sahiblərini 2-ci dəfə meydanın mərkəzinə dəvət ediblər. 7 dəqiqə sonra fərqlənən Dina Ebimbe başla fərqlənərək görüşdə son nöqtəni qoyub. 2:1 hesablı qələbə qazanan “Yunion Sent-Jilluas” ilk oyunda 2-2-lik heç-heçə sayəsində adını ən güclü 16 komanda sırasına yazdırıb.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda