7 noyabr 2026. Şənbə

Konfrans Liqasında 1/8 final mərhələsinin püşkünə doğru


Konfrans Liqasında 1/8 final mərhələsinin püşkünə doğru

Bu gün Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

90deqiqe.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutacaq.

Püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Qitənin üçüncü dərəcəli klub turnirində mübarizəni davam etdirən 16 komanda 8 cüt təşkil edəcək.

Türkiyənin “Fənərbaxça” klubunun da rəqibi bəlli olacaq. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də formasını daşıdığı Zaqreb “Dinamo”su da rəqibini tanıyacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab matçları 14-də keçiriləcək. Səpələnməmiş klublar ilk qarşılaşmaya evdə çıxacaqlar.

Səpələnmişlər
“Aston Villa”
“Brügge”
“Fənərbaxça”
“Fiorentina”
“Lill”
“Makkabi” Təl-Əviv
PAOK
“Viktoriya”

Səpələnməmişlər
“Ayaks”
“Dinamo” Zaqreb
“Makkabi” Hayfa
“Molde”
“Olimpiakos”
“Servett”
“Şturm”
“Sent-Jiloaz”







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi