7 noyabr 2026. Şənbə

KL: “Fənərbaxça”nın 1/4 finaldakı rəqibi bilindi


KL: “Fənərbaxça”nın 1/4 finaldakı rəqibi bilindi

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Konfrans Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi başa çatıb.

90deqiqe.Az xəbər verir ki, püşkün nəticələrinə əsasən, aşağıdakı cütlüklər formalaşıb:

“Brügge” – PAOK; "Olimpiakos" - "Fənərbaxça"; "Aston Villa" - "Lil"; "Viktoriya Pilsen" – "Fiorentina".

Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyunları aprelin 11-də, cavab oyunları isə aprelin 18-də keçiriləcək.

Qeyd edək ki, Konfrans Liqasının 1/4 finalında yeddi ölkənin komandası mübarizə aparacaq. Yalnız Yunanıstan iki komanda ilə təmsil olunacaq.

Qeyd edək ki, Konfrans Liqası kubokunun hazırkı sahibi "Vest Hem"dir. Keçən ilki finalda İngiltərə komandası “Fiorentina”nı 2:1 hesabı ilə məğlub etmişdi.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi