- Konfrans liqası
- 02:04 08.11.2024
"Aston Villa"nın baş məşqçisi Unai Emeri komandasının Konfrans Liqasının yarımfinal mərhələsinə yüksəlməsindən danışıb.
90deqiqe.Az xəbər verir ki, 52 yaşlı çalışdırıcı penaltilər seriyasının həmişə bəxt məsələsi olduğunu bildirib.
“Penaltilər seriyası həmişə bəxt məsələsidir. Qələbə qazana bildik, amma etiraf etməliyik ki, çətin idi. Rəqibimizin çıxışını qeyd etmək istərdim, çox yaxşı oynadılar. Gələcəkdə Çempionlar Liqasında "Aston Villa" ilə oynamaq istəyirəm. Biz hələ təcrübə toplamalı və çox çalışmalıyıq”
1/4 final mərhələsində ispanların komandası Fransa "Lill"ini ümumi hesabda məğlub edib. Konfrans Liqasının yarımfinalında “Aston Villa” “Olimpiakos”la qarşılaşacaq.