- Konfrans liqası
- 01:56 29.11.2024
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
UEFA Konfrans Liqasının 1/4 final cavab matçında nadir hadisə yaşanıb.
90deqiqe.az xəbər verir ki, ötən gün UEFA Avropa Konfrans Liqasının 1/4 final mərhələsinin cavab matçları çərçivəsində “Aston Villa”nın qapıçısı iki sarı vərəqə alsa da, meydandan qovulmayıb.
Emiliano Martinez ilk hissədə vaxtı gecikdirdiyi üçün, sonra isə penaltilər seriyası zamanı xəbərdarlıq alıb.
Lakin 2020/21 mövsümündən etibarən oyun zamanı verilən şifahi xəbərdarlıqlar və sarı vərəqələr penaltilər seriyasına keçmir.
Qeyd edək ki, penaltilər seriyasında rəqibini üstələyən argentinalı qapıçının kollektivi "Aston Villa" yarımfinala yüksəlib.