20 iyun 2024. Cümə axşamı

Avropa Konfrans Liqasında zirvə görüşü: "Olimpiakos" və "Fiorentina"

Heyətlər


Avropa Konfrans Liqasında zirvə görüşü: "Olimpiakos" və "Fiorentina"

2023/24 UEFA Avropa Konfrans Liqası finalı bu gün Afina şəhərində yerləşən AEK Arenada keçiriləcək. Saat 23:00-da baş tutacaq qarşılaşmada "Olimpiakos" və "Fiorentina" komandaları üz-üzə gələcək.

90deqiqe.Az xəbər verir ki, 32,500 nəfərlik tutumu olan AEK Arena, Yunanıstan Super Liqasının komandası "Afina"nın ev stadionudur və 2022-ci ilin sentyabr ayında açılıb. Stadion, 2023-cü ildən etibarən Yunanıstan milli futbol komandasının ev oyunlarına ev sahibliyi edir.

"Olimpiakos", UEFA-nın klub turnirlərində ilk dəfə finala yüksələn ikinci yunan komandasıdır. "Fiorentina" isə ardıcıl ikinci dəfə Avropa Konfrans Liqası finalına çıxaraq, keçən ilki məğlubiyyətlərini unutdurmaq niyyətindədir.

Final oyununun baş hakimi portuqaliyalı Artur Soares Dias olacaq. 2010-cu ildən beynəlxalq səviyyədə hakimlik edən Dias, ilk UEFA klub turniri finalına rəhbərlik edəcək.

Avropa Konfrans Liqası kuboku 57.5 sm hündürlükdə və 11 kq ağırlığındadır. Kubok, turnirin qrup mərhələsində iştirak edən 32 komandanı simvolizə edən heksaqonal sütunlardan ibarətdir. Bu sütunlar futbol topunun qapıya doğru uçuşunu təmsil edən qövs şəklində bükülüb.

Artıq komandaların oyuna çıxacaq heyəti məlumdur:

"Olimpiakos": Çolakis, Rodiney, Reços, Karmu, Orteqa, İborra, Esse, Şikinyu, Fortunis, Podense, El Kaabi

"Fiorentina": Terraççano, Dodo, Milenkoviç, Kuarta, Biraqi, Mandraqora, Bonaventura, Artur, Qonsales, Belotti, Kouame

Qeyd edək ki, finalın qalibi olan komanda Avropa Liqasında iştirak hüququ qazanacaq.







Konfrans liqası

Konfrans Liqasının qalibi müəyyənləşdi
  • Konfrans liqası
  • 07:25 30.05.2024
Konfrans Liqasının qalibi müəyyənləşdi
Konfrans Liqasında ilk finalçı bəlli oldu
  • Konfrans liqası
  • 22:38 08.05.2024
Konfrans Liqasında ilk finalçı bəlli oldu
Martinez 1 oyunluq cəzalanıb
  • Konfrans liqası
  • 20:40 19.04.2024
Martinez 1 oyunluq cəzalanıb
Emeri "Aston Villa"nın hədəfini açıqladı
  • Konfrans liqası
  • 10:37 19.04.2024
Emeri "Aston Villa"nın hədəfini açıqladı
42 il sonra bunu bacardılar
  • Konfrans liqası
  • 23:54 18.04.2024
42 il sonra bunu bacardılar