7 noyabr 2026. Şənbə

KL: "Sabah" və "Sumqayıt" klublarının rəqibləri bəlli olub


KL: "Sabah" və "Sumqayıt" klublarının rəqibləri bəlli olub

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Sabah" və "Sumqayıt" klublarının rəqibləri bəlli olub.

90deqiqe.Az xəbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçilərimizdən "Sumqayıt" "Fehervar" (Macarıstan) komandası ilə münasibətlərinə aydınlıq gətirəcək.

Samir Abasovun rəbərlik etdiyi komanda ilk oyununu evdə keçirəcək.

"Sabah" isə İsrail təmsilçisi "Makkabi" (Hayfa) ilə üz-üzə gələcək. Paytaxt təmsilçisinin ilk görüşü səfərdə baş tutacaq.

Bundan başqa, UEFA Avropa Liqasında “Şerif” – “Zirə” cütünün məğlubu Konfrans Liqasında "Dunayska Ştreda" (Slovakiya) ilə qarşılaşacaq.

Qeyd edək ki, təsnifat mərhələsinin görüşləri iyulun 25-də və avqustun 1-də keçiriləcək.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi