- Konfrans liqası
- 01:56 29.11.2024
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
“Sumqayıt”ın UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstanda “Fehervar”a qarşı keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
90deqiqe.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı İsveçdən olan hakimlər briqadasına həvalə olunub.
Belə ki, görüşün baş hakimi Kristoffer Karlsson olacaq. Ona yan xətt hakimləri Mikael Hallin və Markus Lündqren Klitte kömək edəcəklər. Oskar Yonson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 31-də keçiriləcək “Fehervar”–“Sumqayıt” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.