- Konfrans liqası
- 11:50 26.11.2024
“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Slovakiyada “Dunayska Streda” klubuna qarşı keçirəcəyi cavab oyununa təyinatlar açıqlanıb.
90deqiqe.Az xəbər verir ki, görüş Şimali Makedoniyadan olan hakimlər briqadasına tapşırılıb.
Matçın baş hakimi Yovan Kaçevski olacaq. Ona laysmanlar Sloqyan Markoski və Branko Putilin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İvana Proykovska yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 1-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bu raundun ilk görüşləri isə iyulun 24-25-də olacaq.