5 may 2026. Çərşənbə axşamı

Asim Xudiyev UEFA-dan yeni təyinat alıb


Asim Xudiyev UEFA-dan yeni təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb.

90deqiqe.Az xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsveçrədə “Sürix” və İrlandiyanın “Şelbörn” komandası arasında keçiriləcək ilk oyunun hakim-inspektoru olacaq.

A.Xudiyev həmin qarşılaşmada Kosovodan olan hakimlər briqadasının işinə qiymət verəcək.

Qeyd edək ki, görüş iyulun 25-də Sürix şəhərində yerləşən “Letsiqrund” stadionunda baş tutacaq.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi