5 may 2026. Çərşənbə axşamı

Konfrans Liqası: “Zirə”dən darmadağın


Konfrans Liqası: “Zirə”dən darmadağın

“Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.

90deqiqe.Az xəbər verir ki, “qartallar” doğma azarkeşlər önündə Slovakiyanın “Dunayska Ştreda” komandasını qəbul edib. Görüş təmsilçimizin darmadağınlı qələbəsi ilə yekunlaşıb. 4:0

“Zirə”nin qələbə qollarına Rafael Utziq (1 qol), Junior Martins ( 1 qol) və Davit Volkov ( 2 qol) imza atıblar.

Komandalar arasında cavab oyunu avqustun 1-də keçiriləcək.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi