5 may 2026. Çərşənbə axşamı

AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb


 AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

AFFA-nın Uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

90deqiqe.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Partizani” (Albaniya) – “İberia” (Gürcüstan) oyununun UEFA nümayəndəsi olacaq.

Avqustun 1-də Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi