22 oktyabr 2024. Çərşənbə axşamı

KL: "Sabah" növbəti mərhələdə


KL: "Sabah" növbəti mərhələdə

Bu gün Azərbaycan təmsilçisi "Sabah" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi" (Hayfa, İsrail) ilə cavab oyununa çıxıb.

90deqiqe.Az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən görüş qonaqların 6:3 hesablı qələbəsi ilə bitib.

Bu komandalar arasında ilk matçda "Sabah" 3:0 hesablı qələbə qazanıb. Cavab matçının əsas və əlavə vaxtı isə 3:6 hesabı ilə yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb.

Burada daha dəqiq olan "bayquşlar" növbəti mərhələyə adlamağı bacarıb. Azərbaycan təmsilçisi  3-cü mərhələdə "Sent-Patriks Atletik" (İrlandiya) - "Vadus" (Lixtenşteyn)  cütünün qalibi ilə qarşılaşacaq və ilk oyununu səfərdə keçirəcək.

Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları

20:00. "Sabah" (Azərbaycan) - "Makkabi" (Hayfa, İsrail) - 3:6 (Pealtilər seriyası 3:2)

Qollar: Dolev Hazizia, 17 (0:1), Pavol Şafranko, 47 (1:1), Frantsdi Pyerro, 67 (1:2), Lorenko Simiç, 70 (1:3), Kahim Parris, 71 (2:3), Lior Rafaelov, 73 (2:4), Françdi Pierro, 90 (2:5), Coy-Lens Mikels, 103 (3:5), Dean David, 112 (3:6)

Hakimlər: Peter Kraloviç, Tomaş Starka, Matey Zemko, Boris Marhefka (Slovakiya)

"Bank Respublika Arena".

İlk oyun - 3:0.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda