22 oktyabr 2024. Çərşənbə axşamı

Konfrans Liqası: "Zirə" də növbəti mərhələdə!


Konfrans Liqası: "Zirə" də növbəti mərhələdə!

"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda səfərdə "DAK-1904" klubunun qonağı olub

Bakıda rəqibini darmadağın edən Bakı klubu Slovakiyada da inamlı qələbə qazanıb- 2:1. 

Beləliklə, iki tur nəticəsinə görə "Zirə" III təsnifat mərhələsinə vəsiqə qazanıb. Komanda bu raundda Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, Konfrans Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda