5 dekabr 2025. Cümə

KL:: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsində!


KL:: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsində!

"Zirə" UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, Rəşad Sadıqovun yetirmələri III təsnifat mərhələsinin cavab matçında Bakıda Xorvatiyanın "Osiyek" klubunu qəbul edib.

“Liv Bona Dea Arena”da baş tutan gərgin matçda qalib müəyyənləşməyib - 2:2.

Səfərdəki ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. 30 dəqiqədə qapılara qol vurulmadığından penaltilər seriyası olub. Burada daha dəqiq olan (2:1) "qartallar" tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib. Komanda bu raundda Kiprin "Omoniya" kollektivi ilə üz-üzə gələcək.







Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü