- Konfrans liqası
- 01:56 29.11.2024
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə təyinat alıb.
90deqiqe.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Rumıniyada yerli ÇFR və Kiprin "Pafos" komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, avqustun 22-də Kluj-Napoka şəhərində təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.