12 oktyabr 2024. Şənbə

Azərbaycanın FIFA referisi “Panatinaikos”un oyununa təyinat alıb


Azərbaycanın FIFA referisi “Panatinaikos”un oyununa təyinat alıb

FIFA referisi Elçin Məsiyev yeni təyinat alıb.

90deqiqe.Az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin I turunda Bosniya və Herseqovinada “Borats” və Yunanıstanın “Panatinaikos” komandaları arasında keçiriləcək oyunun baş hakimi olacaq.

Referiyə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İnqilab Məmmədov və fransalı Benua Millo olacaq.

Oktyabrın 3-də Banya-Luka şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda