- Konfrans liqası
- 17:25 21.02.2025
UEFA Konfransa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
90deqiqe.Az-ın məlumatına görə, İsveçrədəki qərargahda keçirilən püşkatma nəticəsində qarşılaşmalar müəyyənləşib.
UEFA Konfrans Liqasında liqa mərhələsini ilk 8-likdə başa vuran "Çelsi", "Vitoria Quimaraeş", "Fiorentina", "Rapid Wien", "Djurgarden", "Luqano", "Legia" (Varşava) və "Cercle Brugge" birbaşa olaraq 1/8-ə yüksəlib.
Konfrans Liqasının 1/8 final mərhələsinin oyunları martın 6-13-də keçiriləcək.
Konfrans Liqası
1/8 final
1. “Betis” (İspaniya) - “Vitoriya” (Portuqaliya)
2. “Selye” (Sloveniya) - “Luqano” (İsveçrə)
3. “Borats” (Bosniya və Herseqovina) - “Rapid” (Avstriya)
4. “Molde” (Norveç) - “Legiya” (Polşa)
5. “Yagelloniya” (Polşa) - “Serkl Brügge” (Belçika)
6. “Panatinaikos” (Yunanıstan) - “Fiorentina” (İtaliya)
7. “Pafos” (Kipr) - “Yurqorden” (İsveç)
8. “Kopenhagen” (Danimarka) - “Çelsi” (İngiltərə)
1/4 final (10 və 17 aprel)
9. 2-ci cütün qalibi - 6-cı cütün qalibi
10. 8-ci cütün qalibi - 4-cü cütün qalibi
11. 7-cü cütün qalibi - 3-cü cütün qalibi
12. 1-ci cütün qalibi - 5-ci cütün qalibi
Yarımfinal (1 və 8 may)
13. 9-cu cütün qalibi - 10-cu cütün qalibi
14. 11-ci cütün qalibi – 12-ci cütün qalibi
Final (28 may, Krakov)
13-cü cütün qalibi - 14-cü cütün qalibi