- Konfrans liqası
- 16:29 10.05.2025
Polşanın “Legiya” klubu UEFA Konfrans Liqasındakı intizamsızlıq səbəbilə ciddi şəkildə cəzalandırılıb.
90deqiqe.Az-ın ali futbol qurumun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Varşava təmsilçisi İngiltərənin “Çelsi” komandası ilə keçirilmiş görüşdə (0:3) azarkeşlərinin nalayiq davranışlarına görə iki fərqli sanksiya ilə üzləşib.
UEFA-nın qərarına əsasən, “Legiya” tərəfdarlarının tribunada məşəl yandırmasına görə kluba 80 min avro məbləğində cərimə tətbiq olunub. Bundan əlavə, oyunda səsləndirilən təhqiramiz şüarlara görə əlavə olaraq 20 min avro cərimə kəsilib.
Cərimələrlə yanaşı, “Legiya"nın növbəti iki Avropa kuboku matçında azarkeş iştirakı qismən məhdudlaşdırılacaq. Bu müddətdə klub UEFA-nın təhlükəsizlik və davranış qaydalarına ciddi riayət etməlidir.
"Çelsi" "Legiya"nı ümumi hesabda 4:2 hesabı ilə məğlub edib. Turnirin yarımfinalında Enzo Mareskanın yetirmələri İsveçin “Djurqarden” komandası ilə qarşılaşacaq. Görüşlər mayın 1-də və 8-də baş tutacaq.