18 aprel 2026. Şənbə

"Çelsi"nin iki futbolçusu "Yurqorden"lə matçı buraxacaq


"Çelsi"nin iki futbolçusu "Yurqorden"lə matçı buraxacaq

"Çelsi"nin iki futbolçusu "mavilər"in "Yurqorden" ilə qarşılaşacağı UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunu üçün İsveçə getməyib.

90deqiqe.Az-ın məlumatına görə, hücumçu Kristofer Nkunku və qapıçı Robert Sançes komanda ilə səfər etməyib.

Alman hücumçu məşq zamanı yüngül zərbə alıb, ispaniyalı qolkiper isə İngiltərə Premyer Liqasının 34-cü turunun “Everton”la oyununda (1:0) zədələnib. Hər iki futbolçu ehtiyat tədbiri olaraq evdə qalıb.

Əgər "Çelsi" "Yurqorden" üzərində ümumi hesabda qalib gəlsə, Konfrans Liqasının finalına yüksələcək və burada "Betis-Fiorentina" cütlüyünün ən güclü komandası ilə qarşılaşacaq.

Oyun mayın 1-i cümə axşamı baş tutacaq.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi