3 aprel 2026. Cümə

Konfrans Liqası: - “Çelsi” və “Betis” finalda qarşılaşacaq


Konfrans Liqası:  - “Çelsi” və “Betis” finalda qarşılaşacaq

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, “Çelsi” doğma meydanda “Yurqorden”i sınağa çəkib. London klubu bu görüşdə minimal hesabla qalib gələrək finala vəsiqəni təmin edib.

“Fiorentina” isə doğma meydanda “Betis”lə müsanibətlərinı aydınlıq gətirib. Florensiya təmsilçisi bu görüşdə də İspaniya klubuna məğlub olaraq finaldan kənarda qalıb.

UEFA Konfrans Liqası

Yarımfinal mərhələsi, cavab görüşləri

8 may

23:00. “Fiorentina” (İtaliya) - “Betis” (İspaniya) - 2:2

Qollar: Antoni, 30, R. Gosens, 38,42, A. Ezzalzouli, 97

İlk oyun - 1:2.

23:00. “Çelsi” (İngiltərə) - “Yurqorden” (İsveç) - 1:0

Qollar: K. Devsburi-Hall, 38

İlk oyun - 4:1.

Qeyd edək ki, UEFA Konfrans Liqasının final matçı mayın 28-də Polşanın Vrotslav şəhərində keçiriləcək. Turnirin son qalibi Yunanıstanın “Olimpiakos” klubu olub.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi
"Samsunspor" Konfrans Liqasında tarix yazdı
  • Konfrans liqası
  • 00:08 27.02.2026
"Samsunspor" Konfrans Liqasında tarix yazdı