5 may 2026. Çərşənbə axşamı

“Betis” Konfrans Liqasının finalı öncəsi yeni loqosunu təqdim edib - FOTO


“Betis” Konfrans Liqasının finalı öncəsi yeni loqosunu təqdim edib  - FOTO

İspaniyanın “Betis” klubu UEFA Konfrans Liqasının finalında İngiltərənin “Çelsi” komandası ilə qarşılaşma öncəsi yeni loqosunu təqdim edib.

90deqiqe.Az xəbər verir ki, final qarşılaşması öncəsi Sevilya təmsilçisinin mətbuat xidməti komandanın sosial şəbəkə hesablarında dəyişdirilmiş loqonu paylaşıb. Yeni loqonun mərkəzində bir quş təsvir olunub.

“Konfrans Liqasının finalı üçün loqotipimizi təqdim edirik”, – deyə “Betis”in mətbuat xidməti açıqlama verib.

Qarşılaşma mayın 28-də Polşanın Vrotslav şəhərindəki “Tarçinski Arena” stadionunda keçiriləcək.

Xatırladaq ki, UEFA Konfrans Liqasının yarımfinalında “Betis” İtaliyanın “Fiorentina” klubunu ümumi hesabla 4:3 (ilk oyun 2:1, cavab oyunu əlavə vaxtda 2:2) məğlub edərək finala yüksəlib. “Çelsi” isə yarımfinalda İsveç təmsilçisi “Djurgården” üzərində inamlı qələbə qazanıb – 4:1 və 1:0.

Finalın qalibi 2025/2026 mövsümündə UEFA Avropa Liqasının əsas mərhələsinə birbaşa vəsiqə qazanacaq.

 







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi