- Konfrans liqası
- 16:33 18.06.2025
Bu gün UEFA Konfrans Liqasının 2024/2025 mövsümünün qalibi bəlli olub.
90deqiqe.Az xəbər verir ki, həlledici görüşdə İspaniyanın “Betis” və İngiltərənin “Çelsi” klubları tarixlərində dördüncü dəfə avrokubok qarşılaşmasında üz-üzə gəlib. Bu dəfə iki komanda Konfrans Liqasının finalında qarşılaşıb.
Tərəflər ilk dəfə 1997/98 mövsümündə UEFA Kubok Qalibləri Kubokunda görüşüblər və hər iki oyunda “Çelsi” qalib gəlib. 2005/06 mövsümündə isə Çempionlar Liqasında yolları kəsişib – İngiltərədə “Çelsi”, İspaniyada isə “Real Betis” üstün olub.
Final oyununa gəlincə isə London klubu 1-0 geriyə düşdüyü matçda əzmkar qələbə qazanaraq titulun sahibi olub. Beləliklə, Liqa mərhələsində keçirdiyi 6 oyunun hamısında qalib gələn “Çelsi” klub tarixində 9-cu avrokubokunu qazanıb.
İngiltərə komandasının muzeyində 2 Çempionlar Liqası, 2 Avropa Liqası, 2 Super Kubok və 2 Kubok Qalibləri Kuboku var.
UEFA Konfrans Liqası
Final
28 may
"Betis" (İspaniya) - "Çelsi" (İngiltərə) - 1:4
Qollar:A. Ezzalzouli, 9, E.Fernandes, 65, N.Cekson, 72, C.Sanço, 84, M.Kaysedo, 90+1