5 dekabr 2025. Cümə

"Lion" Avroliqada oynayacaq - "Kristal Pelas" turnirdən kənarlaşdırıla bilər


"Lion" Avroliqada oynayacaq  -  "Kristal Pelas" turnirdən kənarlaşdırıla bilər

Fransanın "Lion" klubu növbəti mövsüm də Liqa 1-də çıxış edəcək.

90deqiqe.Az-ın məlumatına görə, klub bu gün rəsmi şəkildə apellyasiya müraciətinin qəbul olunduğunu açıqlayıb. Bu qərar komandanın ölkə çempionatının ikinci divizionuna düşməsinin qarşısını alıb və "tkaçılar" üçün avrokubok qapılarını açıb.

"Lion"un Liqa 1-də qalması UEFA Avropa Liqasındakı iştirakını da təmin edir. Lakin bu qərar "Kristal Pelas" üçün ciddi nəticələrə səbəb ola bilər. UEFA-nın klub sahibliyi qaydaları səbəbindən İngiltərə təmsilçisi Avropa Liqasından uzaqlaşdırıla bilər.

Buna səbəb amerikalı iş adamı Con Tekstorun bir müddət eyni anda həm "Lion", həm də "Kristal Pelas" klubunun səhmlərinə sahib olmasıdır. Tekstor sonradan "Kristal Pelas"dakı payını satsa da, bu proses martın 1-dək tamamlanmalı idi. UEFA qaydalarına əsasən, belə hallarda prioritet hüquq öz ölkəsinin çempionatında daha yüksək pillədə qərarlaşan kluba verilir.

Bu səbəbdən "Lion" Avropa Liqasında iştirak hüququnu qoruyub saxlayır. "Kristal Pelas" isə Konfrans Liqasına göndərilə bilər. İngiltərə klubunun yerini isə "Nottingem Forest" tuta bilər.







Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü