7 noyabr 2026. Şənbə

"Araz-Naxçıvan"dan tarixi qələbə


"Araz-Naxçıvan"dan tarixi qələbə

"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Yunanıstanın tanınmış klubu "Aris" üzərində əzmkar qələbə qazanıb.

90deqiqe.Az xəbər verir ki,  "Dalğa Arena"da baş tutan qarşılaşma təmsilçimizin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.

Matçda hesabı 66-cı dəqiqədə qonaqlar açıb – Saloniki klubunun heyətində Moron Loren fərqlənib. Lakin bu qoldan sonra toparlanan "Araz-Naxçıvan" cəmi 9 dəqiqə ərzində oyunun taleyini dəyişib. Əvvəlcə 75-ci dəqiqədə Felipe Santos, ardınca isə 78-ci dəqiqədə Patrik Andrade rəqib qapısından top keçirməklə komandamıza tarixi qələbə qazandırıblar.

Bu, "Araz-Naxçıvan"ın avrokuboklarda ilk səviyyəli rəqibə qarşı qələbəsi kimi yadda qalıb və azarkeşlərə böyük ümid bəxş edib.

Qeyd edək ki, cavab oyunu iyulun 31-də Yunanıstanın Saloniki şəhərində keçiriləcək.

 

 







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi