5 dekabr 2025. Cümə

"Sabah" "Petrokub"u məğlub etdi


"Sabah" "Petrokub"u məğlub etdi

“Sabah” UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində səfər oyununda Moldovanın “Petrokub” klubu ilə qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, “Zimbru” stadionunda baş tutan görüş Bakı təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Oyunun əsas hadisələri ikinci hissədə yaşanıb. 84-cü dəqiqədə slovakiyalı hücumçu Pavol Şafranko hesabı açaraq komandasını önə çıxarıb. Matçın sonlarına yaxın, 90-cı dəqiqədə isə yamaykalı legioner Kahim Parris fərqi artıraraq yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, bu nəticə ilə “Sabah” növbəti mərhələyə yüksəlmək üçün önəmli üstünlük qazanıb. Cavab oyunu iyulun 31-də “Bank Respublika Arena”da baş tutacaq. Görüş saat 20:00-da başlayacaq.

Bakı klubu üçün bu nəticə həm UEFA reytinqi, həm də ölkə futbolunun beynəlxalq arenadakı nüfuzu baxımından önəmli əhəmiyyət daşıyır.







Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü