9 dekabr 2025. Çərşənbə axşamı

“Meydanda ən yaxşısını etməyə çalışacağıq”


“Meydanda ən yaxşısını etməyə çalışacağıq”

UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində “Araz-Naxçıvan” sabah Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq.

90deqiqe.Az-ın məlumatına görə, görüş öncəsi təşkil olunan mətbuat konfransında komandanın baş məşqçisi Elmar Baxşıyev oyuna hazırlıq və rəqiblə bağlı fikirlərini bölüşüb.

Təcrübəli çalışdırıcı matç öncəsi hazırlıqların qaydasında getdiyini bildirib:
“Matça hazırlığımız istədiyimiz kimi gedir. Meydanda ən yaxşısını etməyə çalışacağıq.”

Baxşıyev rəqibi tanıdıqlarını və təhlil etdiklərini qeyd edib:
“Omoniya” yaxşı təşkilatlanmış komandadır. Amma biz də I mərhələdə göstərdiyimiz oyunla onların hörmətini qazanmışıq. Sabah rəqibdən çox, öz komandamın necə çıxış edəcəyinə fokuslanmışam. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə əldə edək.”

Baş məşqçi oyun üslubuna sadiq qalacaqlarını da vurğulayıb:
“Düşüncələrimiz var və sabah onları meydanda tətbiq etməyə çalışacağıq. Addım-addım irəliləmək istəyirik. Hazırda bütün diqqətimiz bu oyundadır.”

Azarkeşlərə də çağırış edən Baxşıyev, dəstəyin önəmini xüsusi qeyd edib:
“Azarkeşlərimizdən dəstək gözləyirik. Komandaya inansınlar, biz də onları sevindirməyə çalışacağıq.”

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Omoniya” qarşılaşması avqustun 7-də, saat 20:00-da Bakıda, “Liv Bona Dea Arena”da baş tutacaq. Cavab oyunu isə avqustun 14-də Nikosiyada keçiriləcək.







Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü