9 dekabr 2025. Çərşənbə axşamı

“Levski”nin təqdimata ehtiyacı yoxdur”


“Levski”nin təqdimata ehtiyacı yoxdur”

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Levski” klubuna qarşı səfərdə ilk oyununu keçirəcək “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas matç öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Litvalı mütəxəssis rəqibin gücünü xüsusi vurğulayıb:
“Levski”nin təqdimata ehtiyacı yoxdur. Bu, tarixi olan və Bolqarıstan futbolunun ən tanınmış klublarından biridir.”

Dambrauskas bildirib ki, rəqib ötən mövsüm Bolqarıstan çempionatında yüksək nəticə göstərib və Avropa arenasında da təcrübəyə malikdir:

“Levski” ötən il çempionatda ikinci yeri tutub. Bu mövsüm Avropa Liqasında “Braqa”ya uduzsalar da, hər iki oyunda yaxşı performans göstəriblər. Onlara qarşı oynamaq bizim üçün həm çətin, həm də dəyərli təcrübə olacaq.”

“Sabah”ın çalışdırıcısı komandasının oyuna tam hazır olduğunu da qeyd edib:
“Biz gənc və inkişaf etməkdə olan komandayıq. Belə səviyyəli rəqiblərlə qarşılaşmaq bizim üçün önəmlidir. Sabahkı görüşə ciddi şəkildə hazırlaşmışıq.”

Qeyd edək ki, “Levski” – “Sabah” oyunu avqustun 7-də Sofiyada, Georgi Asparuxov adına stadionda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.







Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü