12 aprel 2026. Bazar günü

“Araz-Naxçıvan”a Nikosiyada möcüzə lazım olacaq


“Araz-Naxçıvan”a Nikosiyada möcüzə lazım olacaq

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Araz-Naxçıvan” ağır məğlubiyyətlə üzləşib.

90deqiqe.Az-ın məlumatına görə,  Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Bakıda Kiprin “Omoniya” klubunu qəbul edib.

“Dalğa Arena”da baş tutan qarşılaşma qonaqların 4:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Nikosiya təmsilçisinin heyətində Loizos Loizu dubl edərək 13 və 22-ci dəqiqələrdə fərqlənib. İkinci hissədə Evandro (55-ci dəqiqə) və Stefan Yovetiç (58-ci dəqiqə) də qol sevinci yaşayıb.

Cavab görüşü avqustun 14-də Kiprin paytaxtı Nikosiyada keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində Yunanıstanın PAOK və Avstriyanın “Volfsberger” klubları arasında keçirilən oyunun uduzan tərəfi ilə qarşılaşacaq.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi