14 dekabr 2025. Bazar günü

“Sabah” Bolqarıstanda son dəqiqə qolu ilə uduzdu


“Sabah” Bolqarıstanda son dəqiqə qolu ilə uduzdu

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə Bolqarıstanın “Levski” klubu ilə qarşılaşan “Sabah” minimal hesabla məğlub olub.

90deqiqe.Az-ın məlumatına görə, Georgi Asparuxov adına stadionda keçirilən qarşılaşmada yeganə qol matçın əlavə olunmuş vaxtında vurulub. 90+8-ci dəqiqədə Borislav Rupanov fərqlənərək, meydan sahiblərinə qələbə qazandırıb – 1:0.

Cavab oyunu avqustun 14-də Bakıda, “Əlincə Arena”da keçiriləcək. “Sabah” mərhələ adlamaq üçün doğma meydanda cavab verəcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində Niderland təmsilçisi AZ Alkmaar və Lixtenşteynin “Vaduts” klubları arasında keçirilən oyunun qalibi ilə qarşılaşacaq.







Konfrans liqası