12 aprel 2026. Bazar günü

“Levski” qələbə seriyasını Bakıda davam etdirmək istəyir"


“Levski” qələbə seriyasını Bakıda davam etdirmək istəyir"

Bolqarıstanın “Levski” klubunun baş məşqçisi Xulio Velaskes UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”a qarşı keçiriləcək cavab matçı öncəsi hədəflərini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki,  mətbuat konfransında çıxış edən ispaniyalı mütəxəssis Bakıya yalnız qələbə üçün gəldiklərini vurğulayıb:

“İlk oyunda son dəqiqə qolu ilə qalib gəldik. Rəqibə hörmətlə yanaşırıq, çətin görüş olacaq. Qələbə seriyamızı davam etdirmək istəyirik. ‘Sabah’ yaxşı komandadır, heyətində keyfiyyətli futbolçular var”.

Velaskes qarşılaşmada əsas məqsədlərinin topa daha çox sahib olmaq və oyunun tempini yüksəltmək olduğunu qeyd edib:

“Meydanda topa sahib olmaq və rəqibi öz yarımmeydanında saxlamaq istəyirik. Sabah daha sürətli oyuna şahid olacaqsınız”.

Xatırladaq ki, “Sabah” – “Levski” oyunu avqustun 14-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. İlk qarşılaşmada bolqarıstanlılar evdə 1:0 hesabı ilə qalib gəlib.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi