12 aprel 2026. Bazar günü

“Levski” Bakıdakı matça 100 faiz hazırdır"


“Levski” Bakıdakı matça 100 faiz hazırdır"

Bolqarıstanın “Levski” klubunun yarımmüdafiəçisi Qasper Trdin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”a qarşı keçiriləcək cavab oyunu öncəsi komandasının hazır olduğunu bildirib.

90deqiqe.Az xəbər verir ki,  mətbuat konfransında çıxış edən sloveniya­lı futbolçu sabahkı matç üçün bütün tapşırıqların yerinə yetirildiyini vurğulayıb:

“Baş məşqçimizin bütün tapşırıqlarını yerinə yetirməyə tam hazırıq. İnanırıq ki, Bakıdakı matçda da qələbə bizimlə olacaq. Sabahkı görüşə 100 faiz hazırıq”.

Xatırladaq ki, “Sabah” – “Levski” oyunu avqustun 14-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. Bolqarıstanda keçirilən ilk qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi