5 dekabr 2025. Cümə

UEFA Konfrans Liqasında tarix yazdılar


UEFA Konfrans Liqasında tarix yazdılar

UEFA Konfrans Liqasının pley-off mərhələsinə yekun vurulub. 

90deqiqe.Az-ın məlumatına görə, 23 cavab görüşündən sonra liqa mərhələsinə yüksələn bütün iştirakçılar müəyyənləşib.

Bu mərhələdə ən böyük tarix yazan komanda "Hamrun Spartans" oldu. Malta təmsilçisi RFS-i mübarizədən kənarlaşdıraraq Avropa kuboklarının liqa (qrup) mərhələsinə yüksələn ilk Malta klubu kimi tarixə düşdü.

Liqa mərhələsinə yüksələn klublar bunlardır:
"Sparta Praqa" (Çexiya), "Noa" (Ermənistan), "Kristal Pelas" (İngiltərə), "Omoniya" (Kipr), "Hamrun Spartans" (Malta), "Rapid" (Avstriya), "Lozanna" (İsveçrə), "Universitatea Kraiova" (Rumıniya), "AZ Alkmaar" (Hollandiya), "Hakken" (İsveç), "Drita" (Kosovo), "Strasburq" (Fransa), AEK (Yunanıstan), "Selye" (Sloveniya), Rakuv (Polşa), "Fiorentina" (İtaliya), Rayo Valyekano (İspaniya), "Şelburn" (İrlandiya), "Yagelloniya" (Polşa), "Breydablik" (İslandiya), "Şaxtyor Donetsk" (Ukrayna), "Legiya Varşava" (Polşa), "Shamrok Rovers" (İrlandiya) və "Maynts"(Almaniya).

Türkiyə klubları üçün isə uğursuz gün oldu. İlk oyunda 1:1 hesablı heç-heçə edən "Beşiktaş", evdə "Lozanna"ya 0:1 hesabı ilə uduzaraq Avropa mövsümünə erkən vida etdi. Digər təmsilçi İstanbul "Başakşəhər" də Rumıniyada "Universitatea Kraiova"ya 1:3 hesabı ilə məğlub olaraq turnirdən kənar qaldı.

Digər tərəfdən, Arda Turanın başçılıq etdiyi "Şaxtyor Donetsk" dramatik şəkildə mərhələ adladı. Ukrayna klubu İsveçrənin "Servett" komandasını ilk görüşdə 1:1-lik heç-heçədən sonra cavab oyununda əlavə vaxtda vurulan qolla 2:1 hesabı ilə məğlub edərək liqa mərhələsinə yüksəldi.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunları

  • Noa (Ermənistan) – Olimpya Lyublyana (Sloveniya): 3-2 (4-1)

  • Fredrikstad (Norveç) – Kristal Pelas (İngiltərə): 0-0 (0-1)

  • Omoniya (Kipr Rum seqmenti) – Volfsberq (Avstriya): 1-0 (pen. 5-4) (1-2)

  • RFS (Latviya) – Hamrun Spartans (Malta): 2-2 (0-1)

  • Rapid (Avstriya) – Dyori (Macarıstan): 2-0 (1-2)

  • Beşiktaş (Türkiyə) – Lozanna (İsveçrə): 0-1 (1-1)

  • Universitatea Kraiova (Rumıniya) – İstanbul Başakşəhər: 3-1 (2-1)

  • AZ Alkmaar (Hollandiya) – Levski Sofiya (Bolqarıstan): 4-1 (2-0)

  • CFR Kluj (Rumıniya) – Hakken (İsveç): 1-0 (2-7)

  • Differdanj (Lüksemburq) – Drita (Kosovo): 0-1 (1-2)

  • Brøndby (Danimarka) – Strasburq (Fransa): 2-3 (0-0)

  • AEK (Yunanıstan) – Anderlext (Belçika): 2-0 (1-1)

  • Baník Ostrava (Çexiya) – Selye (Sloveniya): 0-2 (0-1)

  • Arda (Bolqarıstan) – Rakuv (Polşa): 1-2 (0-1)

  • Fiorentina (İtaliya) – Polissya (Ukrayna): 3-2 (3-0)

  • Rayo Valyekano (İspaniya) – Neman (Belarus): 4-0 (1-0)

  • Linfield (Şimali İrlandiya) – Şelburn (İrlandiya): 0-2 (1-3)

  • Dinamo Siti (Albaniya) – Yagelloniya (Polşa): 1-1 (0-3)

  • Virtus (San-Marino) – Breydablik (İslandiya): 1-3 (1-2)

  • Servett (İsveçrə) – Şaxtyor Donetsk (Ukrayna): 1-2 (uz.) (1-1)

  • Legiya Varşava (Polşa) – Hibermyan (Şotlandiya): 3-3 (uz.) (2-1)

  • Shamrok Rovers (İrlandiya) – Santa Klara (Portuqaliya): 0-0 (2-1)

  • Maynts 05 (Almaniya) – Rozenborq (Norveç): 4-1 (1-2)







Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü