8 noyabr 2025. Şənbə

Edin Ceko Konfrans Liqasında tarixə düşdü


Edin Ceko Konfrans Liqasında tarixə düşdü

“Fiorentina”nın hücumçusu Edin Ceko UEFA Konfrans Liqası tarixində qol vuran ən yaşlı futbolçu kimi adını yazdırıb.

90deqiqe.Az xəbər verir ki, 39 yaşlı forvard turnirin ümumi mərhələsinin II turunda Avstriyanın “Rapid” klubuna qarşı görüşdə bu nailiyyəti əldə edib. Matçın 48-ci dəqiqəsində fərqlənən bosniyalı oyunçu komandasının 3:0 hesablı qələbəsində pay sahibi olub.

Yay transfer pəncərəsində “Fiorentina”ya keçən Ceko bu mövsüm bütün turnirlərdə 10 oyunda 2 qol vurub.

Təcrübəli futbolçu karyerası ərzində “Mançester Siti”, “Roma”, “İnter”, “Volfsburq” və digər klublarda çıxış edib. Onun İtaliya təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.







Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü
KL: Gecənin nəticələri
  • Konfrans liqası
  • 01:25 03.10.2025
KL: Gecənin nəticələri