12 dekabr 2025. Cümə

"Şaxtyor"dan inamlı qələbə, "Samsunspor" uduzdu


"Şaxtyor"dan inamlı qələbə, "Samsunspor" uduzdu

UEFA Konfrans Liqasının V turunda bir neçə maraqlı qarşılaşma futbol azarkeşlərinin diqqətini cəlb edib.

90deqiqe.Az xəbər verir ki, günün ən önəmli duelində “Fiorentina” öz meydanında Kiyev “Dinamo”sunu 2:1 hesabı ilə məğlub edib. İtaliya klubu erkən üstünlük qazansa da, ukraynalılar ikinci hissədə oyunu bərabərləşdirə biliblər. Lakin sonradan vurulan qol “Fiorentina”ya 3 xal gətirib.

Turun ən böyük nəticələrindən biri isə “Kristal Pelas”dan gəlib. İngiltərə klubu “Şelbrun” səfərində 3:0 hesabı ilə qalib gələrək gücünü nümayiş etdirib.

Sürpriz nəticə Yerevanda qeydə alınıb. “Noa” 2:1 hesabı ilə qalib gələrək qrupun favoritlərindən biri sayılan “Legiya”nı məğlub edib.

“Riyeka” evdə “Sele”ni 3:0 hesabıyla üstələyərək rahat qələbə qazanıb və liderlik uğrunda mübarizəni davam etdirib.

Türkiyə təmsilçisi “Samsunspor” isə AEK-ə qarşı keçirilən matçda mübarizə aparsa da, meydanı məğlub tərk edib. Qarşılaşma yunan klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Samsunspor” üçün bu nəticə qrup mərhələsində vəziyyəti daha da çətinləşdirib.

UEFA Konfrans Liqası
Liqa mərhələsi
V tur
11 dekabr


21:45. "Fiorentina" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:1

21:45. "Yagelloniya" (Polşa) - "Rayo Valyekano" (İspaniya) - 1:2

21:45. "Drita" (Kosovo) - AZ (Niderland) - 0:3

21:45. "Breydablik" (İslandiya) - "Şemrok Rovers" (İrlandiya) - 3:1

21:45. "Samsunspor" (Türkiyə) - AEK (Yunanıstan) - 1:2

21:45. "Şkendiya" (Şimali Makedoniya) - "Slovan" (Slovakiya) - 2:0

21:45. "Hakken" (İsveç) - AEK (Larnaka, Kipr) - 1:1

21:45. "Universitatya" (Rumıniya) - "Sparta" (Çexiya) - 1:2

21:45. "Noa" (Ermənistan) - "Legiya" (Polşa) - 2:1

00:00. "Rapid" (Avstriya) - "Omoniya" (Kipr) - 0:1

00:00. "Lex" (Polşa) - "Maynts 05" (Almaniya) - 1:1

00:00. "Riyeka" (Xorvatiya) - "Sele" (Sloveniya) - 3:0

00:00. "Linkoln" (Cəbəllütariq) - "Siqma" (Çexiya) - 2:1

00:00. "KuPS" (Finlandiya) - "Lozanna" (İsveçrə) - 0:0

00:00. "Aberdin" (Şotlandiya) - "Strasburq" (Fransa) - 0:1

00:00. "Rakuv" (Polşa) - "Zrinski" (Bosniya və Herseqovina)

00:00. "Hamrun" (Malta) - "Şaxtyor" (Ukrayna) - 0:2

00:00. "Şelbrun" (İrlandiya) - "Kristal Pelas" (İngiltərə) - 0:3

 







Konfrans liqası