- Konfrans liqası
- 23:59 19.02.2026
Avropa Konfrans Liqasının pley-off mərhələsində “Noa” evdə “AZ Alkmaar” üzərində 1:0 hesablı qələbə qazanıb.
90deqiqe.Az xəbər verir ki, oyunda ev sahibləri rəqib üzərində üstünlük yaradaraq ikinci nömrə ilə oynayıb.
Birinci hissənin sonunda Qustavo Sanqare sağ cinahdan cərimə meydançasına daxil olub və uzaq dirəyə ötürmə edib. Nerdin Mulahuseynoviç başla zərbə endirsə də, qapıçı topu çıxarıb.
İkinci hissədə qol gəlib. Mulahuseynoviç mərkəz zonasından sağ tərəfə ötürmə edib. Elder Ferreya topu mərkəzə qaytarıb və Oqanes Ambartsumyan uzaq küncə möhtəşəm zərbə ilə hesabı açıb – 1:0.
Oyun boyu hər iki tərəf bir neçə təhlükəli epizod yaradıb. Troya Perrott və Meks Merdinkin dəqiq zərbələri qapı dirəyinə tuş gəlib, Matyus Ayasın cərimə meydançasından zərbəsi isə qapıçı tərəfindən dəf edilib.
Beləliklə, cavab oyunu Hollandiya təmsilçisi “AZ Alkmaar”ın meydanında keçiriləcək və növbəti mərhələyə yüksələn komanda orada müəyyənləşəcək.
"Kristal Palas" isə səfərdə "Zrinjski"nin qonağı olub. İngiltərə komandası üstünlüyə malik idi və 44-cü dəqiqədə İsmayıl Sarrın qolu ilə hesabı açıb.
İkinci hissənin əvvəlində Karlo Abramoviç hesabı 1-1 edib. Qarşılaşmanın taleyi cavab oyununda müəyyənləşəcək.