- Konfrans liqası
- 00:08 27.02.2026
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Samsunspor" növbəti tarixi uğuruna imza atıb.
90deqiqe.Az-ın məlumatına görə, Türkiyə təmsilçisi cavab matçında "Şkendiya" üzərində böyükhesablı qələbə qazanıb. "Samsun Yeni 19 Mayıs" stadionunda keçirilən görüşün ilk 45 dəqiqəsində hesab açılmayıb.
Fasilədən sonra meydan sahibləri daha aqressiv və sürətli oyun sərgiləyiblər. Ntçamın dəqiq zərbəsi hesabı açıb. Ardınca Ndiaye fərqlənib. Matçın son bölümündə isə Marius iki dəfə rəqib qapısına yol taparaq yekun nəticəni müəyyənləşdirib – 4:0.
İlk oyundakı 1:0 hesablı qələbə ilə birlikdə "Samsunspor" ümumi hesabda 5:0 üstünlüklə mərhələ adlayıb.
Beləliklə, Samsun təmsilçisi tarixində ilk dəfə UEFA Konfrans Liqasının 1/8 finala yüksəlib.