- Konfrans liqası
- 17:26 27.02.2026
UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.
90deqiqe.Az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçirilib.
Püşkün nəticəsinə əsasən, Türkiyə təmsilçisi “Samsunspor” 1/8 finalda İspaniya klubu “Rayo Valyekano” ilə üz-üzə gələcək.
Mərhələnin digər cütləri isə belədir:
“Lex” (Polşa) – “Şaxtyor” (Ukrayna)
“Kristal Pelas” (İngiltərə) – AEK (Larnaka, Kipr)
“Siqma” (Çexiya) – “Maynts 05” (Almaniya)
AZ (Alkmar, Niderland) – “Sparta” (Çexiya)
“Fiorentina” (İtaliya) – “Rakuv” (Polşa)
“Sele” (Sloveniya) – AEK (Yunanıstan)
“Riyeka” (Xorvatiya) – “Strasburq” (Fransa)
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 12-də, cavab qarşılaşmaları isə martın 19-da keçiriləcək.
Turnirin bu mərhələsində komandalar iki oyunun nəticəsinə əsasən növbəti raunda vəsiqə qazanacaqlar.