- Konfrans liqası
- 05:40 13.03.2026
UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.
90deqiqe.Az xəbər verir ki, gecə baş tutan qarşılaşmalarda bir neçə maraqlı nəticə qeydə alınıb. İngiltərənin "Kristal Pelas" klubu doğma meydanda Kipr təmsilçisi AEK ilə qolsuz heç-heçə edib – 0:0.
İtaliyanın "Fiorentina" komandası isə Polşanın "Rakuv" kollektivini 2:1 hesabı ilə məğlub edib.
Digər görüşdə Çexiyanın "Siqma" klubu Almaniyanın "Maynts 05" komandası ilə qolsuz heç-heçə edib – 0:0.
Sloveniyanın "Sele" kollektivi isə doğma meydanda Yunanıstanın AEK klubuna 0:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları gələn həftə keçiriləcək və bu görüşlərdən sonra 1/4 finala yüksələn komandalar müəyyənləşəcək.
UEFA Konfrans Liqası
1/8 final, ilk oyunlar
"Kristal Pelas" (İngiltərə) - AEK (Larnaka, Kipr) 0:0
"Fiorentina" (İtaliya) – "Rakuv" (Polşa) 2:1
"Siqma" (Çexiya) – "Maynts 05" (Almaniya) 0:0
"Sele" (Sloveniya) – AEK (Yunanıstan) 0:4