- Konfrans liqası
- 06:29 17.04.2026
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.
90deqiqe.Az-ın məlumatına görə, oyunlardan sonra yarımfinala vəsiqə qazanan komandalar müəyyənləşib. Növbəti mərhələyə Ukraynanın “Şaxtyor”, İngiltərənin “Kristal Pelas”, İspaniyanın “Rayo Valyekano” və Fransanın “Strasburq” klubları yüksəlib.
“Şaxtyor” Niderlandın AZ klubuna qarşı cavab görüşündə 2:2 hesablı heç-heçə edərək ilk oyundakı üstünlüyünü qoruyub və yarımfinala adlayıb. “Kristal Pelas” isə İtaliyada “Fiorentina”ya 2:1 hesabı ilə uduzsa da, ümumi nəticədə mərhələni keçib.
Digər qarşılaşmalarda “Rayo Valyekano” səfərdə Yunanıstanın AEK klubuna 3:1 hesabı ilə məğlub olsa da, ilk oyundakı böyük üstünlük sayəsində yarımfinala yüksəlib. “Strasburq” isə “Maynts 05” üzərində 4:0 hesablı inamlı qələbə qazanaraq mərhələ adlayıb.
UEFA Konfrans Liqası
1/4 final mərhələsi, cavab oyunları
16 aprel
AZ (Niderland) – "Şaxtyor" (Ukrayna) 2:2
İlk oyun 0:3
“Fiorentina" (İtaliya) – "Kristal Pelas" (İngiltərə) 2:1
İlk oyun – 0:3
AEK (Afina, Yunanıstan) – "Rayo Valyekano" (İspaniya) 3:1
İlk oyun – 0:3
"Strasburq" (Fransa) – "Maynts 05" (Almaniya) 4:0
İlk oyun – 0:2