1 may 2026. Cümə

“Kristal Pelas” “Şaxtyor”u məğlub etdi


“Kristal Pelas” “Şaxtyor”u məğlub etdi

Konfrans Liqasının 2025/2026 mövsümünün yarımfinal mərhələsinin ilk oyunu başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Ukraynanın “Şaxtyor” və İngiltərənin “Kristal Pelas” komandaları arasında keçirilən görüş Polşanın Krakov şəhərində yerləşən Henrix Reyman adına “Meyski” stadionunda baş tutub. Qarşılaşmanı almaniyalı hakim Feliks Tsvayer idarə edib.

Matç İngiltərə klubunun qələbəsi ilə yekunlaşıb – 3:1.

Oyunda hesabı “Kristal Pelas”ın yarımmüdafiəçisi İsmayila Sarr 1-ci dəqiqədə açıb. İkinci hissədə, 47-ci dəqiqədə “Şaxtyor”un futbolçusu Oleq Oçeretko hesabı bərabərləşdirib. 58-ci dəqiqədə Daichi Kamada ingilisləri yenidən önə çıxarıb.

84-cü dəqiqədə hücumçu Yorgen Strann Larsen matçın yekun nəticəsini müəyyənləşdirib – 3:1.

Cavab oyunu 7 may tarixində Londonda, “Selherst Park” stadionunda keçiriləcək.

Qeyd edək ki, 1/4 final mərhələsində “Şaxtyor” iki oyunun nəticəsinə əsasən “AZ Alkmaar”ı 5:2 hesabı ilə, “Kristal Pelas” isə “Fiorentina”nı 4:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi