8 may 2026. Cümə

“Rayo Valyekano” “Strasburq”u məğlub edərək Konfrans Liqasının finalına yüksəlib


“Rayo Valyekano” “Strasburq”u məğlub edərək Konfrans Liqasının finalına yüksəlib

Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyununda Fransanın “Strasburq” klubu İspaniyanın “Rayo Valyekano” komandası ilə qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, Fransız təmsilçisinə mərhələni keçmək üçün ilk oyunda 0:1 hesablı məğlubiyyəti aradan qaldırmaq lazım idi.

Bununla belə, cavab görüşünün ilk hissəsində üstünlük tamamilə İspaniya klubunun tərəfində olub. Fasiləyə yaxın, 42-ci dəqiqədə “Rayo Valyekano” üstünlüyünü qola çevirib. Juravski qapıçının seyvindən sonra yaranan vəziyyətdə topu dəqiq tamamlayıb.

Fasilədən sonra da ispanlar oyuna nəzarəti saxlayıb və daha təhlükəli görünən tərəf olublar. Komanda oyunu nəzarətdə saxlayaraq nəticəni qorumaq yox, əksinə hücumlarını davam etdirib.

Əlavə vaxtda “Strasburq” hesabı bərabərləşdirmək üçün penalti imkanı əldə etsə də, Ençiso zərbəni dəqiq yerinə yetirə bilməyib — qapıçı dueli qazanıb.

Beləliklə, ilk oyunda olduğu kimi cavab görüşündə də “Rayo Valyekano” 1:0 hesabı ilə qalib gəlib. İspaniya klubu Konfrans Liqasının finalına yüksəlib və həlledici oyunda rəqibi “Kristal Pelas” olacaq.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi