7 noyabr 2026. Şənbə

“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi oldu


“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi oldu

UEFA Konfrans Liqasının 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, final qarşılaşmasında İngiltərənin "Kristal Pelas" və İspaniyanın "Rayo Valyekano" komandaları üz-üzə gəlib. Almaniyanın Leypsiq şəhərində yerləşən "Red Bull Arena"da keçirilən həlledici görüş gərgin mübarizə şəraitində keçib.

Matç "Kristal Pelas"ın minimal hesablı qələbəsi ilə başa çatıb. İngiltərə təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edərək UEFA Konfrans Liqasının qalibi olub.

Bu nəticədən sonra "Kristal Pelas" növbəti mövsümdə UEFA Avropa Liqasının əsas mərhələsində iştirak hüququ qazanıb.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi