28 may 2026. Cümə axşamı

“Bu anlar ömrüm boyu yaddaşımda qalacaq”


“Bu anlar ömrüm boyu yaddaşımda qalacaq”

İngiltərə “Kristal Pelas” klubunun qapıçısı Din Henderson komandasının Konfrans Liqası finalında “Rayo Valyekano” üzərində qazandığı qələbəni şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli oyunçu bildirib ki, mövsümdə artıq 60-cı oyuna çıxmalarına baxmayaraq, finalda bütün komanda yüksək əzmkarlıq göstərib və onu heyran qoyub.

 “Bu anlar ömrüm boyu yaddaşımda qalacaq. Hər şey inanılmaz idi”, – deyə o vurğulayıb.

Qapıçı qeyd edib ki, London klubu həlledici matçda ən yaxşı oyunlarından birini nümayiş etdirib.

Xatırladaq ki, “Kristal Pelas” finalda “Rayo Valyekano”nu 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu ikinci hissənin əvvəlində Mateta vurub.

Bu nəticə ilə “Kristal Pelas” Konfrans Liqasının qalibi olub və növbəti mövsümdə Avropa Liqasında çıxış edəcək.







Konfrans liqası